İnterpol məşhur narkobaronu   həbs etdi  
22 iyun 2022 03:00 (UTC +04:00)

İnterpol məşhur narkobaronu həbs etdi  

Braziliya polisi Macarıstanda keçirdiyi əməliyyatda məşhur narkobaron Serjio Roberto de Karvalhonu həbs edib.

Lent.az-ın bildirir ki, gördüyü işlərin həcminə görə ona “Braziliyanın eskobarı” ləqəbi verilmişdi.

Braziliya polisi bildirib ki, əməliyyat İnterpolla birgə həyata keçirilib. Keçmiş polis zabiti olan karvaho saxta sənədlərlə Avropada məskunlaşmışdı. İspaniyada həbs edildikdən sonra girov müqabilində azad edilən Karvalho saxta ölüm şəhadətnaməsi ilə məsuliyyətdən yayına bilib. 

Polis ötən payızda 100 milyon nağd pulu ələ keçirdikdən sonra məşhur narkobaron barədə beynəlxalq axtarış elan edilib. 
 

# 2271
avatar

Oxşar yazılar