Ölkənin yeganə "qanuni oğru"su  da bu maddə ilə ittiham olunur
01 oktyabr 2025 14:17 (UTC +04:00)

Ölkənin yeganə "qanuni oğru"su da bu maddə ilə ittiham olunur

0

Tatarıstandakı yeganə “qanuni oğru” Rоmаn Sıçev Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (“Cinayətkar iyerarxiyasında ən yüksək mövqeyi tutma”) üzrə ittiham olunur.

Lent.az xəbər verir ki, dünən Kazanın Sovet Rayon Məhkəməsi Sıçevin həbs müddətini 30 noyabra qədər uzadıb. Proses zamanı məlum olub ki, Sıçevə qarşı Rusiya CM-in 210.1-ci maddəsi (“Cinayətkar iyerarxiyasında ən yüksək mövqeyi tutma”) üzrə yeni iş açılıb. Bu iş ona qarşı irəli sürülmüş digər maddələrlə birləşdirilib. Onu həmçinin xüsusilə böyük miqdarda dələduzluqda (CM 159.4) və hədə-qorxu ilə tələb etmədə (CM 163.3) ittiham edirlər.

Sıçev isə cavabında: “Mən hələlik Konstitusiyanın 51-ci maddəsindən istifadə edirəm, sonra görərik”, – deyib.

Xatırladaq ki, Sıçev aprelin 29-da saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar