Polis pula görə qardaşlarını, anasını və gəlinlərini öldürdü - ŞOK OLAY
28 yanvar 2023 14:50 (UTC +04:00)

Polis pula görə qardaşlarını, anasını və gəlinlərini öldürdü - ŞOK OLAY

Türkiyədə dəhşətli qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhərində baş verib. Məlumata əsasən, Bingöl şəhərində polis işləyən Adem Ergünər ev almaq üçün avtomobilini satıb və böyük qardaşı Mehmet Ergünerə 175 min lirə verib. Lakin üstündən 1.5 il keçsə də, evi təhvil almayıb.

Qardaşların arasındakı məsələ getdikcə böyüyüb. A. Egüner arvadı və 2 uşağını da götürüb Bursaya yollanıb. Yolüstü ailəsini Eskişehirdə qoyub və Bursaya tək gedib. Burada o, qardaşı ilə görüşərək məsələni kənarda davam etməyi tələb edib. Beləliklə, Mehmet Ergüner, böyük qardaşları Remzi Ergüner, anaları Bedriye Ergüner və Remzinin arvadı Fatma ilə birlikdə evdən kənarda görüşüblər.

Bu zaman Mehmet Ergüner qardaşından aldığı 175 min lirəni faizi ilə birrgə 275 min lirə olaraq qaytaracağını bildirib. Lakin Adem avtomobilinin hazırda 600 min lirə olduğunu deyərək əsəbiləşib. Mübahisə get-gedə daha da kəskinləşib. Nəticədə Adem Ergüner odlu silahla əvvəlcə qardaşını vurub. Araya girərək, onları ayrımaq istəyən anası Bedriyeni, böyük qardaşı Remzini və onun arvadı Fatmanı da vurub. Daha sonra Adem hadisə yerindən qaçıb.

Cinayəti törədən polis əməkdaşı saxlanılsa da, güllələdiyi 4 nəfər də həlak olub. Araşdırma aparılır.

# 4287
avatar

Oxşar yazılar