Qız rəfiqəsi ilə birgə anasını öldürdü
03 dekabr 2025 13:43 (UTC +04:00)

Qız rəfiqəsi ilə birgə anasını öldürdü

0

Rusiyanın Kuzbass şəhərində bir yeniyetmə anasını qətlə yetirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Prokopevsk şəhərində, İnstitutskaya küçəsindəki evdə baş verib. İstintaq versiyasına görə, 14 yaşlı qız 16 yaşlı tanışı ilə birlikdə anasına kəsici alətlə bir neçə zərbə endirib. Cinayəti gizlətmək üçün onun meyitini evin zirzəmisinə atıblar. Ertəsi gün qadının həyat yoldaşı cəsədi tapıb.

Hər iki yeniyetmə saxlanılıb və onların barəsində cinayət işi açılıb. Hazırda istintaq orqanları onlarla bağlı zəruri tədbirləri həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar