Şəkidə arvadını öldürən tutuldu - YENİLƏNİB
06 iyun 2025 10:10 (UTC +04:00)

Şəkidə arvadını öldürən tutuldu - YENİLƏNİB

Şəkidə həyat yoldaşını öldürən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Həmid Əliyevin yeri müəyyən edilərək saxlanılıb. O, istintaqa təhvil verilib.

Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

***
5 iyun, saat: 14:17

Şəkidə qətl hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə səhər saatlarınada rayonun Cəyirli kəndində qeydə alınıb. 34 yaşlı Zəhra Məlik qızı Əliyeva atasının evində ölü vəziyyətdə tapılıb.

İlkin araşdırma zamanı qadını ərinin bıçaqlayaraq qətlə yetirdiyi məlum olub.

Hazırda hadisəni törədən şəxsin tutulması üçün polis əməkdaşları tədbir görürlər.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590

Oxşar yazılar