Türkiyədə sərxoş kişi dostunu öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Aksaray şəhərinin Gülağac qəsəbəsindəki parkda baş verib.
Y.Y. və dostu Veysel Tekin parkda spirtli içki qəbul ediblər. Sonra piyada hərəkət edən dostlar arasında keçmişdəki hadisələr səbəbindən münaqişə yaşanıb. Bu zaman Y.Y. əlindəki içki şüşəsini Veyselin başına vuraraq, sındırıb. Bu zaman zərərçəkən yerə yıxılıb. Y.Y. daha sonra qırıq şüşə ilə Veysel Tekinin boğazını kəsib.
Ətrafdakı insanlar dərhal təcili yardım çağırıblar. Gələn həkimlər yaralını xəstəxanaya aparıblar. Lakin görülən tədbirlərə baxmayaraq, 43 yaşlı Tekin ölüb.
Polislər hadisəni törədən 64 yaşlı Y.Y.-nı saxlayıblar. Prokurorluq araşdırmalara başlayıb.