Rusiyanın Buryatiya Respublikasında kişi keçmiş arvadını meşəyə apararaq bıçaqla qətlə yetirib. Məlum olub ki, mərhum qadın Mariya Lubsanovadır.
Lent.az yerli mediaya istinadla bidirir ki, hadisə İvolginski rayonunda baş verib.
Hadisəyə səbəb qadının keçmiş həyat yoldaşının qısqanclığı olub. Şahidlərin sözlərinə görə, keçmiş həyat yoldaşları əvvəlcə kəndin mərkəzində mübahisə edib, qadın kömək istəsə də, iddiaya görə, heç kim cavab verməyib.
Daha sonra keçmiş əri onu meşəyə aparıb və orada bıçaqla öldürüb. Bundan sonra kişi də intihar edib.
Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsinin mətbuat xidməti faktla bağlı Cinayət Məcəlləsinin “Qətl” maddəsi ilə cinayət işinin başlandığını elan edib. Mütəşəkkil axtarış zamanı keçmiş həyat yoldaşlarının cəsədləri meşədə tapılıb.