Şəmkirdə evə BASQIN
19 noyabr 2025 09:06 (UTC +04:00)

Şəmkirdə evə BASQIN

0

Noyabrın 18-də gecə saatlarında Şəmkirdə yerləşən yaşayış evlərindən birinə daxil olan iki naməlum şəxs ev sahibini kəsici alətlə hədələyərək pulunu və evin açarlarını ələ keçiriblər.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar.

Davam etdirilən tədbirlərlə 15 yaşlı Elay İsgəndərov və 18 yaşlı Cəsur Qarayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar