Siqaret mübahisəsi ölümlə nəticələndi -  YENİLƏNİB
20 may 2021 10:32 (UTC +04:00)

Siqaret mübahisəsi ölümlə nəticələndi - YENİLƏNİB

Mingəçevir şəhərində qətl törədən şəxsin kimliyi müəyyən olunub.

APA-nın yerli bürosunun məlumatına görə, qətli Şəki rayon sakini Rəşad Salamovun törətdiyi bildirilir.

R. Salamov saxlanılıb.

***

10:05

Mingəçevirdə qətl törədilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Aydın Məmmədov küçəsi 11 ünvanda üç nəfər arasında dava düşüb. Nəticədə 61 yaşlı Rizvan Məmmədov və onun dayısı, 66 yaşlı Eldar Abbasov döyülüb.

Ağır xəsarətlər alan hər iki şəxs xəstəxanaya çatdırılsa da, Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən xəstəxanada ölüb.

Bildirilib ki, naməlum şəxs küçədə dayı və bacıoğluna yaxınlaşaraq, onlardan siqaret istəyib. Onlar həmin şəxsə 1 ədəd siqaret veriblər. Lakin o, bütöv qutunu tələb edib. Nəticədə onların arasında mübahisə düşüb.

Hazırda hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər görülür.

 

# 3060
avatar

Oxşar yazılar