Tələbə onunla evlənmək istəməyən qızdan  QİSAS ALDI
25 iyun 2022 18:18 (UTC +04:00)

Tələbə onunla evlənmək istəməyən qızdan QİSAS ALDI

Misirdə Mənsur Universitetinin tələbəsi onunla evlənmək istəməyən qızı təhsil müəssisəsinin girişində bıçaqlayaraq öldürüb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Məhəmməd Adel universitetin yaxınlığında Naira Əşrəfa hücum edib və onun boynuna bıçaqla xəsarət yetirib. Hücumun şahidi universitetin 13 tələbəsi və işçisi olub. Onlar qıza hücum edənin Adel olduğunu təsdiqləyiblər.

Şübhəli həbs edilib. Gənc günahını boynuna alıb və izah edib ki, hisslərinə qarşılıq vermədiyi və evlilik təklifini qəbul etmədiyi üçün öldürmək qərarına gəlib.

Araşdırma zamanı məlum olub ki, hücumdan bir neçə ay əvvəl mərhumun ailəsi Əşrəfi oğlandan qorumaq xahişi ilə polisə müraciət edib. Bundan əlavə, qızın yaxınları gəncin özünə də yalvarıb ki, ona pislik etməsin.
 
 

# 3627
avatar

Oxşar yazılar