Tərtər sakini döyülərək öldürüldü
01 noyabr 2025 19:58 (UTC +04:00)

Tərtər sakini döyülərək öldürüldü

0

Xəstəxanada ölən kişinin döyüldüyü məlum olub.

Lent.az xəbər verir ki, Tərtər rayon sakini, 1961-ci il təvəllüdlü Sədrəddin Fətulla oğlu Orucovun Gəncə şəhərində yerləşən xəstəxanada naməlum səbəbdən ölməsi ilə bağlı aparılan araşdırmalar yeni faktları üzə çıxarıb.

Araşdırma zamanı müəyyən edilib ki, S.Orucov Laçın rayon sakini Əhmədov tərəfindən döyülməsi nəticəsində həyatını itirib.

Polis hadisə ilə bağlı V.Əhmədovu saxlayıb istintaqa təhvil verib. 

Fakt üzrə araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 738

Oxşar yazılar