Tovuzda DƏHŞƏT:  bibisini odun parçası  ilə döyüb öldürdü - YENİLƏNİB
07 avqust 2026 14:42 (UTC +04:00)

Tovuzda DƏHŞƏT: bibisini odun parçası ilə döyüb öldürdü - YENİLƏNİB

1

Avqustun 6-da Tovuz rayonunun Əli Mərdanlı kəndi ərazisində 65 yaşlı Məhəbbət İsayevanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, ilkin araşdırmalarla 29 yaşlı Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu Məhəbbət İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. 
 
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***
13:53

Tovuz gənc oğlan bibisini qətlə yetirib.

Lent.az-ın xəbərinə görə, 29 yaşlı Ü.İsayev fermada bibisi 65 yaşlı M.İsayevanı güllələyərək öldürüb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən Ülvi İsayev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

***
13:32

Tovuzda güllələnmə hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb. Fermada bir nəfər güllələnərək qətlə yetirilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1064

Oxşar yazılar