Müller arvadından boşandı,  yeni sevgili tapdı
07 avqust 2026 09:38 (UTC +04:00)

Müller arvadından boşandı, yeni sevgili tapdı

0

Ötən ay "Bavariya"nın əfsanəsi Tomas Müllerin təxminən 17 illik evliliyindən sonra həyat yoldaşı Lizadan boşandığı açıqlanıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ailə vəkili Kristian Şerts o zaman bildirib: "Cütlük bir müddət əvvəl dostcasına ayrılıb. Başqa heç bir açıqlama verilməyəcək".

Məlumata görə, Müller yeni sevgilisini tapıb - bu dəfə özündən 10 yaş kiçik bir fransız qadınla. Alman 26 yaşlı İv Rouz Bitbolla görüşməyə başlayıb. Yeni cütlük bu yaxınlarda Nyu-Cersi ştatında birlikdə olublar. Müller Dünya çempionatının finalı zamanı Almaniya televiziyasında futbol eksperti kimi çalışıb.

Ötən həftə Tomas və İv birlikdə hücumçunun MLS-nin bütün ulduzlarının oyununda Şarlottda birlikdə olublarr. İv Parisin şimal-qərbində yerləşən Avropa biznes məktəbi olan ESSEC-də təhsil alıb. Hazırda o, maliyyə sahəsində çalışır.

Müller ötən il "Bavariya"da 25 il oynadıqdan sonra "Vankuver Uaytkeps"ə keçməklə həyatını tamamilə dəyişib. Həyat yoldaşı Lisa onunla birlikdə Kanadaya köçməyib və cütlük sonuncu dəfə 2024-cü ildə ictimai tədbirdə birlikdə görünüblər. Buna baxmayaraq, onların ayrılmasının dostcasına olduğu bildirilir.

Müller "Vankuver"də 32 oyun keçirib, 14 qol vurub və yeddi məhsuldar ötürmə edib. Ötən həftə o, keçmiş "Tottenhem" oyunçusu Son Hın-Minin dubl etdiyi “Ulduzların oyunu”nda MLC ulduz komandasına MX Liqa komandasını 4:3 məğlub etməyə kömək edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar