Toy karvanında atəş  açan azərbaycanlılar saxlanıldı
30 oktyabr 2025 12:18 (UTC +04:00)

Toy karvanında atəş açan azərbaycanlılar saxlanıldı

0

Rusiyanın Mari El Respublikasında toy karvanında atəş açan azərbaycanlılar saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Yoshkar-Ola şəhərində baş verib.

Mari El Respublikası DİN-in əməkdaşları tərəfindən yoxlama aparılıb. Məlum olub ki, şübhəlilər tapançalardan atəş açıblar. Onlar Mari El paytaxtını tərk edərkən saxlanılıb və silahlar onların üzərindən götürülüb. Məlumata görə, xuliqanlıq hərəkətlərində şübhəli bilinən şəxslər saxlanılıb.

İki avtomobil sürücüsü barəsində Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 12.37 və 12.2-ci maddələri üzrə inzibati protokol tərtib edilib. Yoxlama materialları hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib. Hadisənin bütün halları müəyyən olunması üçün araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 834

Oxşar yazılar