Türkiyədə 146 qayçı zərbəsi  ilə öldürülən azərbaycanlı qızın  anası DANIŞDI
11 sentyabr 2026 12:34 (UTC +04:00)

Türkiyədə 146 qayçı zərbəsi ilə öldürülən azərbaycanlı qızın anası DANIŞDI

0

Türkiyənin Bursa şəhərində dini nikahla birlikdə yaşadığı 20 yaşlı Arzu Xəlilovanı qayçı ilə 146 dəfə vuraraq öldürməkdə təqsirləndirilən Salican Mehmetin məhkəməsi davam etdirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Arzu Xəlilovanın anası Zülfiyyə Xəlil məhkəmədə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib.

“Əvvəlki məhkəmə iclasında şikayətçi olmadığımı demişdim. Məni aldatmışdılar. İşdə tərəf kimi iştirak etmək istəmədiyimi bildirmişdim. Lakin bunun hüquqi tərəfini bilmirdim. İndi deyirəm ki, cəzasını çəksin. Ondan şikayətçiyəm”, – deyə mərhumun anası bildirib.

Hadisə 3 noyabr 2025-ci ildə saat 15 radələrində Bursanın Yıldırım rayonunun Değirmenlikızık məhəlləsində baş verib.

Rusiya vətəndaşı olan 20 yaşlı Arzu Xəlilova ilə dini nikahla evli olan iki uşaq atası Azərbaycan vətəndaşı 28 yaşlı Salican Mehmet arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib.

Salican Mehmet 4 və 1 yaşlı iki qızının anası Arzu Xəlilovaya qayçı ilə hücum edib.

Salican Mehmet əlində qayçı ilə saxlanılıb. Ağır yaralanan Arzu Xəlilova isə Bursa Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə-tibbi ekspertizası zamanı Arzu Xəlilovanın bədəninin müxtəlif nahiyələrində ümumilikdə 146 qayçı yarası müəyyən edilib. Yaralardan 72-nin ayrı-ayrılıqda ölümcül xarakter daşıdığı bildirilib.

Araşdırma zamanı Salican Mehmetin əvvəllər “qəsdən xəsarət yetirmə”, “istifadə məqsədilə narkotik maddə saxlama” və “odlu silahlar haqqında qanunun pozulması” daxil olmaqla müxtəlif əməllərə görə 8 qeydiyyatının olduğu müəyyən edilib.

Həmçinin onun öldürdüyü Arzu Xəlilova ilə bağlı daha əvvəl “yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə” ittihamı üzrə də barəsində araşdırma aparıldığı üzə çıxıb.

Salican Mehmet barəsində “qadına qarşı qəsdən adam öldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzası tələbi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxsin həbsdə saxlanılması barədə qərar qüvvədə saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 72

Oxşar yazılar