Yevlaxda KÜTLƏVİ DAVA ÖLÜMLƏ BİTDİ:  qətl törədib qaçanı polis saxladı
04 avqust 2025 08:56 (UTC +04:00)

Yevlaxda KÜTLƏVİ DAVA ÖLÜMLƏ BİTDİ: qətl törədib qaçanı polis saxladı

Avqustun 3-də saat 23 radələrində Yevlax şəhərində bir qrup şəxs arasında baş verən mübahisə ölümlə nəticələnib. 

Lent.az xəbər verir ki, şəhər sakinləri – 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən Ə.Mahmudovun əmisi, 1988-ci il təvəllüdlü Zahid Mahmudova naməlum şəxs tərəfindən kürək nahiyəsindən bıçaq xəsarəti alıb. 

Yaralı xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətdikdən sonra qaçan şübhəli, 2009-cu il təvəllüdlü Rüzgar Abdullayev saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 808

Oxşar yazılar