
Xanəndəmizə Türkiyədən təklif gəldi -
Müğənni İlahə İbadovanın sənətinə Türkiyədə maraq yaranıb. Bir müddət əvvəl mahnılarını aranjeman üçün Türkiyəyə göndərən sənətçinin ifası studiya rəhbərliyi tərəfindən bəyənilib. Lent.az-ın məlumatına görə, xanəndə təklifə hələlik cavab verməyib: “Əvvəla onu bildirim ki, mahnılarımın Türkiyədə aranjeman olunmasına vasitəçi İsmayıl Dadaşov olub. Studiya rəhbərliyi, əməkdaşları çalışdığı sənətçini daha yaxından tanımaq üçün külliyyatını dinləyirlər. Bəyəndikləri üçün bir yox, bir neçə dəfə təklif aldım. Onlar məqsədini də açıqlayıblar ki, əməkdaşlığın mahiyyəti onlara pul qazandırmaq demək deyil. Onlar səsimi Türkiyədə eşidilməsinə maraqlıdırlar. Mən isə düşünməliyəm. Burada qurduğum karyeranı dayandırıb, yenidən Türkiyədə sıfırdan başlamaq risk tələb edir. Bu əməkdaşlıq hansısa variantda yəqin ki, baş tutacaq”.
Müğənni aranjeman olunan mahnılarının tamamlandığını deyərək, növbəti mərhələdə mahnılar albom şəklini alıb, təqdimatdan sonra satışa çıxarılacağını söyləyib.
Müğənni aranjeman olunan mahnılarının tamamlandığını deyərək, növbəti mərhələdə mahnılar albom şəklini alıb, təqdimatdan sonra satışa çıxarılacağını söyləyib.
Oxşar yazılar

"Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - REPLİKA -VİDEO
18 iyun 2025 , 16:14
Məşhur ulduzun çimərlikdəki fotoları - hamı “ağzı açıq” qaldı
18 iyun 2025 , 14:02
Aysel Manaflı: Vəfa Şərifova və sevgilisi Famil məni təhdid edir -VİDEO
18 iyun 2025 , 00:52
"İndi qadınlar mənə nömrələrini verirlər ki, onu oğluma ötürüm" - Arnold Şvartsenegger
17 iyun 2025 , 18:55
Bred Pitt ilk dəfə sevgilisi ilə FOTOsunu paylaşdı
17 iyun 2025 , 17:32
Sinem Kobal ilə Kenan İmirzalıoğlu boşanır? – Cavab gəldi
17 iyun 2025 , 16:22
Castin Biber və arvadı arasında “ATIŞMA”
17 iyun 2025 , 14:30