“Eurovision” təmsilçiliyinə namizədlərimiz xəstəxanaya aparılıb
08 fevral 2010 12:15 (UTC +04:00)

“Eurovision” təmsilçiliyinə namizədlərimiz xəstəxanaya aparılıb

3 finalçı bir gün Heydər Əliyev Beynəlxalq Hava Limanında qalmalı olub


Azərbaycanı bu ilin mayında ”Eurovision-2010” müsabiqəsində təmsil etmək iddiasında olan üç milli finalçı - Məryəm Şabanova, Səfurə Əlizadə və “Milk&Kisses” qrupu kəskin hava şəraiti ilə əlaqədar bir gün Heydər Əliyev Beynəlxalq Hava Limanında qalmalı olub.


APA-nın məlumatına görə, fevralın 5-də finalçılar hazırlıq keçmək və mahnı yazdırmaq məqsədilə Kiyevə getməli olsalar da, həmin gün səhər saatlarına nəzərdə tutulan uçuş hava şəraiti ilə əlaqədar bir gün sonraya keçirilib.


Gecəni Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirən finalçılar fevralın 6-da yola düşüblər. Onlar Moskvada eniş edib, bir neçə saat gözlədikdən sonra başqa təyyarə ilə Kiyevə uçublar. Finalçılar Bakıdan çıxandan təxminən 30 saat sonra sağ-salamat Kiyevə çatsalar da, uçuşun uzun çəkməsi, habelə uzun müddət hava limanlarında qalmaları onların səhhətində problemlər yaranmasına səbəb olub. Musiqiçilər Kiyevdə dərhal xəstəxanaya aparılıb, həkim müayinəsindən keçiriliblər.


“Eurovision” müsabiqəsi üzrə Azərbaycanın musiqi koodinatoru Zəhra Bədəlbəyli APA-ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, hava reysləri təxirə salındığından finalçıların Kiyevə uçmasında problem yaranıb: “Bu səbəbdən onlar gecəni Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirdilər. Xəstəxanaya aparılmalarına gəlincə, finalçıların boğazları müayinə olunub. Həkim müayinəsindən sonra onlar otelə aparılıblar”.


Z. Bədəlbəyli onu da bildirib ki, artıq finalçılar hazırlıq prosesindədirlər və mahnı yazılışına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719

Oxşar yazılar

Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03
Emin Ağalarov

Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

2 iyul 2025 , 16:39