“Hello!” jurnalı Hollivud sənətçiləri arasında ən dəbli saç düzümünün “bebi-malett” olduğunu bildirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, kişi məşhurlar 1980-ci illərdə populyar olan saç kəsiminin bir variantına maraq göstərməyə başlayıblar. Söhbət “bebi-malett”dən (baby mullet) gedir. Bu saç düzümü “mini-malett” və ya “şulet” (şeggi ilə malett arasında bir üslub) kimi də tanınır və yanlardan qısa, arxa hissədə (ensədə) isə orta dərəcədə uzadılmış saçlarla xarakterizə olunur.
Qeyd olunur ki, bu cür saç düzümü ilə qırmızı xalça tədbirlərində aktyorlar Qlen Pauell, Ceykob Elordi, Ceremi Allen Uayt, Eşton Kuçer və Patrik Şvartsenegger, həmçinin “Çox Qəribə Hadisələr” və “Qızğın Rəqabət” seriallarının ulduzları Co Kiri və Konnor Storrinin də göründüyü bildirilib.