Astarada mikroavtobus aşdı, 10-dan çox yaralı  var
11 noyabr 2026 12:39 (UTC +04:00)

Astarada mikroavtobus aşdı, 10-dan çox yaralı var

0

Astarada idarəetməni itirən mikroavtobus aşıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib.

Astara istiqamətində hərəkətdə olan "QazEl" markalı mikroavtobus Deqədi kəndi ərazisində aşıb. Qəza nəticəsində 10-dan çox sərnişin xəsarət alıb. Xəsarət alanlar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar.

Marşrutda 20-ə yaxın sərnişin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 88

Oxşar yazılar