Eyni vaxtda 8 dövlət işində  çalışıb 350 min  funt qazandı
10 noyabr 2026 17:54 (UTC +04:00)

Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı

0

Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb.

Lent.az xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub.

Çoudhuri Daxili İşlər Nazirliyi, Səhiyyə Təhlükəsizliyi Agentliyi, Biznes və Ticarət Nazirliyi, eləcə də digər dövlət qurumlarında vəzifə tutub.

Məlumata görə, o, 349 378 funt sterlinq maaş alsa da, iş öhdəliklərini faktiki olaraq yerinə yetirməyib.

Fırıldaq sxemi COVID-19 pandemiyasından sonra uzaqdan iş rejiminin yayılması ilə başlayıb. Kişi tez-tez xəstəlik məzuniyyəti götürüb, onlayn iclaslarda kamerasını açmayıb və səhhətindən şikayətlənib.

Bir müddət onun əmək müqavilələri üzrə həftədə 183 saat işləməsi tələb olunub. Halbuki bir həftə cəmi 168 saatdan ibarətdir.

Rəhbərləri işindən narazı olsalar da, bürokratik prosedurlar səbəbindən onu dərhal vəzifədən azad etməyiblər.

Məhkəmə Çoudhurini yalan məlumat vermək və qanunsuz maddi qazanc əldə etmək də daxil olmaqla doqquz epizod üzrə dələduzluqda təqsirli bilib.

Kişi isə cinayət törətmək niyyətinin olmadığını iddia edib. Ona veriləcək cəza hələ açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 122

Oxşar yazılar