Aleyna Tilki, İrem Sak və Danla Bilic saxlanıldı - Narkotik əməliyyatı
18 dekabr 2025 09:40 (UTC +04:00)

Aleyna Tilki, İrem Sak və Danla Bilic saxlanıldı - Narkotik əməliyyatı

0

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı narkotik maddələrlə bağlı istintaq çərçivəsində tanınmış şəxslərə qarşı əməliyyat keçirilib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, istintaq çərçivəsində müğənni Aleyna Tilki, sosial media fenomeni Danla Bilic və aktrisa İrem Sak saxlanılıb. Həmçinin evlərində tapılmayan Yusuf Güney, Melisa Döngel və Cihan Şensözlü barəsində axtarış elan olunub.

Digər tərəfdən, daha əvvəl həbs edilən sosial media fenomeni və sahibkar Sercan Yaşar ifadə vermək üçün İstanbul Ədliyyə Sarayına gətirilib. Prokurorluqda verdiyi ifadədən sonra “peşmanlıq” müddəalarından yararlandığı üçün sərbəst buraxılıb.

Narkotik istintaqı çərçivəsində Hayyam Garipoğlunun oğlu, eyni zamanda Münevver Karabulutun qətli ilə tanınan Cem Garipoğlunun əmisi oğlu Kasım Garipoğlu və iş adamı Burak Ateş barəsində isə axtarış qərarı çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar