Ancelina Coli Bred Pitti yenə məhkəməyə verdi -  QALMAQAL BÖYÜYÜR
07 sentyabr 2022 16:47 (UTC +04:00)

Ancelina Coli Bred Pitti yenə məhkəməyə verdi - QALMAQAL BÖYÜYÜR

Dünyaca məşhur amerikalı aktrisa Ancelina Coli keçmiş əri Bred Pitti məhkəməyə verib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, aktrisa  B. Pittə qarşı əks iddia qaldıraraq ondan 250 milyon dollar tələb edir.

Yeni məhkəmə çəkişməsinə səbəb aktyorların bərabər sahibi olduqları fransız şərab zavodu "Chateau Miraval"dır. A. Colinin dediyinə görə, keçmiş əri şərab zavoduna nəzarəti ələ keçirmək və uşaqlarının qəyyumluğunu ələ almağa görə qisas almaq üçün plan hazırlayıb.

Bundan əvvəl Ancelina Coli Bred Pittlə bağlı işin davam etdirilməsi üçün "FTB"ni məhkəməyə vermişdi.

Qeyd edək ki, bu il iyun ayının əvvəlində Bred Pitt keçmiş arvadı Ancelina Colidən qisas almaq üçün rusiyalı oliqarxla sui-qəsddə ittiham etmişdi. B. Pitt bildirib ki, 2021-ci ildə ona məxsus “Chateau Miraval” şərab zavodunda payını keçmiş həyat yoldaşı satıb və bu faktı da ondan qəsdən gizlədib.

# 3351
avatar

Nigar Namiq

Oxşar yazılar