“Arka sokaklar”dan  ayrılmasının   səbəbini AÇIQLADI
29 mart 2024 19:28 (UTC +04:00)

“Arka sokaklar”dan ayrılmasının səbəbini AÇIQLADI

“Arka sokaklar” serialındakı komissar Məsud rolu ilə tamaşaçı məhəbbəti qazanan türkiyəli aktyor Şevket Çoruh serialdan ayrılma səbəbini açıqlayıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o, şəxsi teatrını açmaq üçün serialdan getdiyini bildirib.

“16 il eyni filmdə çəkildim. Son illər yorulmuşdum, amma davam edirdim.  Çünki teatrımı açmaq üçün mənə pul lazım idi. Lazımi vəsaiti toplayan kimi ayrıldım”, - o qeyd edib.

Aktyor hələ də insanların ona polis komissarı kimi yanaşdığını bildirib.

“Yol polisi maşını saxlayır, sonra üzr istəyir ki, bağışlayın komissarım, tanımadım. Məhəllədəki uşaqlar məni görən kimi ayağa qalxır. Bir xətalı işləri olanda "Məsud komissar gəldi" deyib qaçırlar. 16 il ərzində onlar da  gerçəklə yalanı qarışdırıblar”, - aktyor vurğulayıb.

# 3093
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar