Asenanın İbrahim Tatlıseslə barışmaq üçün nə qədər pul  aldığı ortaya çıxdı
05 yanvar 2026 10:30 (UTC +04:00)

Asenanın İbrahim Tatlıseslə barışmaq üçün nə qədər pul aldığı ortaya çıxdı

0

Uzun illərdir bir-biri ilə küsülü olan rəqqasə Asena və Türkiyənin məşhur sənətçisi İbrahim Tatlıses yeni il münasibətilə yayımlanan İbo Show proqramında yenidən bir araya gəlib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tamaşaçılar üçün emosional anlarla yadda qalan bu görüş, studiyada duyğulu səhnələrin yaşanmasına səbəb olub.

İllər sonra eyni səhnəni paylaşan Asena və İbrahim Tatlıses görüş zamanı göz yaşlarını saxlaya bilməyiblər. Proqram boyu keçmiş xatirələr yada salınıb, barışıq anı həm studiyada olan qonaqlara, həm də ekran qarşısındakı izləyicilərə təsirli anlar yaşadıb.

Sənət dünyasında uzun müddət müzakirə olunan bu küsülülüyün sona çatması sosial mediada da geniş rezonans doğurub. Tamaşaçılar illər sonra baş tutan bu barışığı müsbət qarşılayaraq emosional şərhlər paylaşıblar.

Lakin sonradan məlum olub ki, bu səhnənin alınması üçün Tatlıses Asenaya 2 milyon TL veribmiş.

Belə ki, məlumata görə, Asenanın uzun illər sonra Tatlısesin proqramına çıxması üçün ona 2 milyon türk lirəsi verildiyi iddia edilir. Proqramda digər sənətçilərdən biri olan Yıldız Tilbe görüntü verilərkən əl hərəkəti ilə “iki qat pul, 2 milyon liraya” ifadəsini göstərib və bu anlar sosial mediada gündəm yaradıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 771

Oxşar yazılar