Aygün Kazımova ilə Namiq Qaraçuxurludan 16 il sonra yeni duet  - VİDEO
04 sentyabr 2026 12:37 (UTC +04:00)

Aygün Kazımova ilə Namiq Qaraçuxurludan 16 il sonra yeni duet - VİDEO

0

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yenidən duet oxuyublar.

Lent.az xəbər verir ki, sənətçilər “Gəlirəm” adlı yeni mahnı və kliplərini təqdim ediblər.

Sevgidən bəhs edən mahnının sözləri və musiqisi Namiq Qaraçuxurluya, aranjimanı Rasim Əsgərov və Dahin Malikə məxsusdur. Klipin rejissoru isə Delee Orucludur. Bir neçə məkanda lentə alınan ekran işində Aygün Kazımova və Namiq Qaraçuxurlu üç fərqli obrazda kamera qarşısına keçiblər.

Klipdə ən çox diqqət çəkən məqamlardan biri Aygün Kazımovanın gəlinlik libasında görüntülənməsi olub. Sənətçilərin obrazları üzərində modelyer-dizayner Rüfət İsmayıl və stilist Ruxa çalışıblar.

“Gəlirəm” artıq bütün musiqi platformalarında yayımlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 540

Oxşar yazılar