Bakıda kababxana və sallaqxalarda  ƏMƏLİYYAT: Suları kəsildi - FOTO
09 sentyabr 2022 19:20 (UTC +04:00)

Bakıda kababxana və sallaqxalarda ƏMƏLİYYAT: Suları kəsildi - FOTO

Qlobal iqlim dəyişikliyinin su ehtiyatlarının azalmasına səbəb olduğu bir dövrdə hələ də içməli sudan qanunsuz və israfçılıqla istifadə edənlər var.

Lent.az xəbər verir ki, Yasamal rayonunda ət kəsimi məntəqələrinin sahibləri dəfələrlə edilən xəbərdarlıqlara və obyektin su təchizatının dayandırılmasına baxmayaraq, qanunsuz əməllərindən əl çəkmirlər. 

Görünür, iqlim dəyişiklikləri  səbəbindən bütün dünyada olduğu kimi, Azərbaycanda da şirin su ehtiyatlarının azalması kimi məlumatlar Yasamal rayonu Şərifzadə və Xiyabani küçələrinin kəsişməsində yerləşən obyekt sahiblərinə hələ də çatmayıb. Bu ərazidə fəaliyyət göstərən obyekt sahibləri bir damcı suyun nə qədər qiymətli olmasının fərqinə varmayaraq suyu saatlarla boşuna axıdırlar. Yasamal rayon Sukanal İdarəsi mütəxəssislərinin keçirdiyi nəzarət tədbirləri zamanı məlum olub ki, kababxana və sallaqxanalarda içməli su ciddi şəkildə talanır. Ərazidə mövcud olan 10-dan çox obyektin cəmi biri sudan qanuni istifadə edir. Digər obyektlərin sahibləri dəfələrlə edilən xəbərdarlıqlara, hətta su təchizatının dayandırılmasına baxmayaraq, yenə də müxtəlif yollarla sudan qanunsuz istifadəyə çalışırlar. İçməli sudan qanunsuz istifadənin qarşısını almaq məqsədilə obyektlərin su təchizatı dayandırılıb.

Yasamal rayon Sukanal İdarəsinin mütəxəssisləri bütün obyektləri siyahıya alıb və sahibkarlara su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib. 

İçməli sudan qanunsuz və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu cür halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Adıçəkilən ərazidə ət kəsimi ilə məşğul olanlar kanalizasiya şəbəkəsinə qanunsuz qoşulma ediblər. Şəbəkəyə heyvan tullantılarının axıdılması baxış quyularının və xətlərin tez-tez tutulmasına, çirkab suların ətraf əraziyə dağılmasına səbəb olur.  

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında  içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 6225 fakt aşkarlanıb. Həmin hallar üzrə 1 milyon 627  min kubmetr həcmində sərfiyyat bərpa olunub. Bu rəqəm Yasamal rayonu üzrə müvafiq olaraq 115 fakt və 28 min 700 kubmetr təşkil edib. Cari ilin yanvar-avqust aylarında  sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub.


 

# 2706
avatar

Oxşar yazılar

78 yaşlı aktyora  TƏCAVÜZ İTTİHAMI

78 yaşlı aktyora TƏCAVÜZ İTTİHAMI

27 noyabr 2022 , 11:00
Dünya şöhrətli dizayner 98 yaşında öldü

Dünya şöhrətli dizayner 98 yaşında öldü

27 noyabr 2022 , 02:59
Telli Borçalı

Telli Borçalıdan ETİRAF: "Həmişə onu xatırlayanda ağlayıram" - VİDEO

26 noyabr 2022 , 19:38
Şəbnəm Tovuzlu

"9 minlik mahnı ilə toy qiymətim qalxdı" - Şəbnəm Tovuzlu

26 noyabr 2022 , 17:02
Nazilə Səfərli

Tanınmış şairə: “Efir saxtakarlıq sevir”

26 noyabr 2022 , 12:00
 Unudulan məşhurlar   - Əfqanıstanda əsgərlərə konsert verən, aşiqi çox olan  "Aşıqlar" qrupu

Unudulan məşhurlar - Əfqanıstanda əsgərlərə konsert verən, aşiqi çox olan "Aşıqlar" qrupu

25 noyabr 2022 , 20:15
İrem Derici

İrem Derici küçənin ortasında ƏSƏBİLƏŞDİ: "Sözümü kəsmə!"

25 noyabr 2022 , 16:28
Ebru Gündeşin keçmiş əri aparıcılara  OD PÜSKÜRDÜ:  "Dələduz..." - FOTO

Ebru Gündeşin keçmiş əri aparıcılara OD PÜSKÜRDÜ: "Dələduz..." - FOTO

25 noyabr 2022 , 11:15