Triş Kristakis – bəşər tarixinin ən seksual  idman müxbiri -FOTOLENT
28 iyun 2025 12:10 (UTC +04:00)

Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT

“Mayami Hit” Milli Basketbol Assosiasiyasının pley-off mərhələsinin ilk turunda “Klivlendə” 0-4 hesabı ilə uduzaraq mübarizədən kənarlaşdırılıb. Amma klubun bir əməkdaşı virtual da olsa, yenə də bir titul qazanıb.

Tanış olun, o Triş Kristakisdir!

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Triş “Mayami Hit”in müxbiridir. Qız fləş müsahibələr zamanı basketbolçularla ünsiyyət qurur, lakin o, sözün əsl mənasında bir ay əvvəl - pley-off zamanı məşhurlaşıb.

Komandanın evdə “Klivlend”ə məğlub olmasından sonra Trişin dar paltarda və əlində mikrofon tutan fotosu sosial şəbəkələrdə yayılıb, onun “Instagram”dakı profilinə 40 minə yaxın bəyənmə və ürəkdən gələn bir çox həvəsli şərh gəlib!

Qız artıq bəşər tarixinin ən seksual idman müxbiri adlanır! 

Triş 1993-cü il iyunun 25-də Böyük Çikaqoda anadan olub. Tezliklə 32 yaşı tamam olacaq. Soyadından da asanlıqla təxmin edə bildiyiniz kimi, Triş yunan köklərinə malikdir.

Xanım İllinoys Universitetində jurnalistika dərəcəsi alıb və diplomunu aldıqdan sonra karyerasını dərhal idmanla əlaqələndirib, “Çikaqo Kabs” beysbol klubunda ixtisası üzrə işə düzəlib.

İşlər dərhal yaxşı getməyə başladı və Trişin tərcümeyi-halında indi Milli Basketbol Assosiasiyası, Milli Hokkey Liqası, Stenli Kuboku və Böyük Beysbol Liqası oyunlarının canlı yayımlarında çıxışlar kimi güclü məqamlar var. 

“Mayami Hit”dəki işindən əlavə, Triş indi “CBS Miami” də işləyir. İndi o, həm basketbol klubunun, həm də telekanalın əsas ulduzudur!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793

Oxşar yazılar