Boşanandan sonra   – Ben Afflek Cenifer Lopesi milyonlarla dollarlıq hədiyyə ilə  təəccübləndirib
12 aprel 2026 17:58 (UTC +04:00)

Boşanandan sonra – Ben Afflek Cenifer Lopesi milyonlarla dollarlıq hədiyyə ilə təəccübləndirib

0

Hollivud aktyoru Ben Afflek boşanmalarından sonra keçmiş həyat yoldaşı, amerikalı müğənni Cennifer Lopesi milyonlarla dollarlıq hədiyyə ilə təəccübləndirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, söhbət ev keçmiş həyat yoldaşlarına məxsus evdən gedir. Hələ evli olduqları müddətdə cütlük ailə evini 60 milyon dollardan çox pula alı, təmir etdirib və həyatlarını orada qurmağı planlaşdırmışdılar. Lakin bu, baş verməyib, çünki onlar boşanıblar.

Ben Afflek və Cennifer Lopes malikanələrini satmağa çalışıblar və hətta qiyməti xeyli aşağı salıbar. Lakin alıcı tapılmayıb. Keçmiş həyat yoldaşlarının əmlak bölgüsü müqaviləsində dəyişiklik etdiyi öyrənilib. Məlum olub ki, aktyor on milyonlarla dollar dəyərində olan əmlak payını keçmiş həyat yoldaşına hədiyyə etmək qərarına gəlib. Ben Afflek bunu pul almadan edib.

Бен Аффлек и Дженнифер Лопес решили судьбу их совместного дома

Beləliklə, Hollivud ulduzu keçmiş həyat yoldaşı ilə son əlaqələrini kəsib. Ben Afflek və Cennifer Lopesi boşanmalarından sonra heç nə birləşdirmir. Yeri gəlmişkən, müğənni özü hələ də o evdə yaşayır, çünki təmir gedir.

Cenifer Lopes və Ben Afflek 2022-ci ilin yayında evlənsələr də, 2024-cü ildə boşanmaq üçün müraciət ediblər. Keçmiş cütlük qərarlarının səbəbi kimi "barışmaz fikir ayrılıqlarını" göstəriblər. Cenifer Lopes bu yaxınlarda boşanmaları ilə bağlı şərh verərək bildirib ki, o, həyatının "ən xoşbəxt dövrünü" yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar