Böyük  sevgi romanı   başlayır – Şakira və Hamilton
12 may 2023 11:18 (UTC +04:00)

Böyük sevgi romanı başlayır – Şakira və Hamilton

Bir neçə gün öncə dünya şöhrətli müğənni Şakiranın Hollivud ulduzu Tom Kruz ilə birlikdə olması barədə söz-söhbətlər yayılsa da, Şakiranın başqa bir nəfərlə eşq macərası yaşadığı üzə çıxıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, meqastar “Formula-1” pilotu Luis Hamilton ilə birlikdədir.

46 yaşlı Şakiranın uşaqlarının atası Pikedən ayrıldıqdan sonra Mayamiyə köçməsinin ardından Pikenin müğənninin qardaşı ilə yumruq davasına çıxması barədə xəbərlər də yayılıb.  Davaya səbəb Pikenin uşaqlarını görmək üçün Şakiranın evinə soxulmaq cəhdi olub.

Dünən romantik axşam yeməyi üçün Hamiltonun yaxtasında olan Şakira paparazzilər tərəfindən yaxalanıb. Cütlüyün birlikdə olması barədə xəbərlər yayılıb və onlar bunu təkzib etmirlər.

# 2730
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar