Aparıcı Elgiz Əkbərin verilişi bu gün yayımlanmayıb.
Lent.az xəbər verir ki, onun müəllifi və aparıcısı olduğu "Elgizlə izlə" proqramı bu gün saat 14:45-də efirə getməli imiş. Lakin veriliş yayımlanmayıb.
"ARB" telekanalından məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, Elgiz Əkbərin "Elgizlə izlə" verilişi həftə içi hər gün saat 14:45-də canlı yayımlanırdı.
Xatırladaq ki, dünən Elgiz Əkbərin aparıcılıq etdiyi "Elgizlə izlə" verilişinin yayımının dayandırılması barədə xəbər yayılıb.