Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopes 55 yaşında dördüncü evliliyinə də son verdikdən sonra artıq bu barədə düşünmədiyini açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, "Up All Night" turu çərçivəsində verdiyi konsertdə səhnədə olan Lopes, tamaşaçılar arasında bir fanatın tutduğu “JLo, mənimlə evlənərsənmi?” yazılı plakatı görüb.
Plakatdakı sözləri səslə oxuyan sənətçi mikrofonda “Görünür, bu iş artıq bitdi. Bəli, bir neçə dəfə sınadım”, - deyərək evliliklə bağlı fikrini açıq şəkildə ifadə edib.