Cennifer Lopez moda dünyasına qoşuldu
19 mart 2023 03:28 (UTC +04:00)

Cennifer Lopez moda dünyasına qoşuldu

Məşhur müğənni və aktrisa Cennifer Lopez də moda dünyasında varlığını möhkəmləndirir. 

Lent.az xəbər verir ki, JLo "Revolve" brendi üçün 16 hissədən ibarət ayaqqabı kolleksiyası hazırlayıb.

Müğənni "Revolve" brendi ilə əməkdaşlıq edib. 

Qlamur üslubu ilə tanınan məşhur müğənni ayaqqabı və çəkmə kolleksiyası ilə diqqət çəkib.

Məşhurun ayaqqabı kolleksiyasında retro platformalı dabanlardan və dizdən yuxarı çəkmələrdən tutmuş stilettolara və metal sandallara qədər müxtəlif üslublar var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4503
avatar

Oxşar yazılar