ChatGPT ucbatından imtahandan kəsilən Kim Kardaşyan: “Dedi ki, bu sənə dərs olsun”
05 noyabr 2025 11:13 (UTC +04:00)

ChatGPT ucbatından imtahandan kəsilən Kim Kardaşyan: “Dedi ki, bu sənə dərs olsun”

0

Hüquq karyerasına hazırlaşan şou ulduzu Kim Kardaşyan süni intellekti günahlandırdı.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, o buradə aşağıdakı kimi deyib:

“Səhv cavablar verir, sonra da mənimlə danışıb özünü müdafiə edir!”

Şou imicindən kənara çıxaraq hüquq sahəsində karyeraya addım atan Kim Kardaşyan bu dəfə texnologiya ilə yaşadığı “zərərli münasibətlə” gündəmdədir. Kardaşyan ChatGPT-ni imtahanlara görə, uğursuz olduğunu elan etdi.

"Hüquqla bağlı nəsə öyrənməli olanda sualı çəkib ChatGPT-yə yükləyirəm" deyən Kardaşian, süni intellektin tez-tez səhv məlumat verdiyini etiraf edib. "Daim səhv cavablar verir. Buna görə də dəfələrlə imtahandan kəsildim! Sonra əsəbiləşib 'Niyə məni uğursuz elədin!' deyə qışqırıram. O da mənə cavab verir, bu sənə dərs olsun".

Kardaşyan həmçinin bu mesajlaşmaların ekran görüntülərini dostlar qrupuna göndərdiyini və “Bu süni intellekt mənə necə belə danışa bilər, inanırsınız?” deyə paylaşdığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar