Müğənni Elnarə Xəlilova “Əvəzimi tap” adlı yeni mahnısına çəkilən klipini təqdim edib. Lent.az-ın məlumatına görə, bəstənin söz və musiqisi Şəhriyar Ramazanzadə, aranjeman Hasan Haidaryə məxsusdur. Klipin əsas süjet xətti kick-boxing idman növü ilə məşğul olan insanlar üzərində qurulub. Ekran işində Elnarə kick-box idman növü ilə məşğul olan xanımı canlandırır. Müğənni ilk dəfədir bu tərzdə və belə bir obrazda kameralar qarşısına çıxdığını deyib: “İdmanı çox sevirəm və həyatımın ayrılmaz hissəsidir. Uzun zamandır ki, idman mövzusunda bir iş ərsəyə gətirməyi düşünürdüm. Tokio 2020 Yay Olimpiya və Paralimpiya Oyunları mənə bir stimul verdi. Klipimi Olimpiya və Paralimpiya Oyunlarının qalibi olan və medalllar qazanan idmançılarımıza həsr edirəm”.
3 aydır bu obraza hazırlaşan müğənniyə tanınmış idmançılar, “Cobra” İdman klubunun müəllimləri Faiq Abdullayev və Mehman Umudov kick-box dərsləri keçib. Klipin çəkilişləri Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində aparılıb. Mahnıya rejissor Bəhruz Qurbanlı quruluş verib. Klipin stilisti Könül Aslanova, qrim üstası Fatimə Vazehidir.

Müğənni Elnarə Xəlilova
Elnarə idmançılarla bir araya gəldi - VİDEO
Oxşar yazılar

Sinem Kobal ilə Kenan İmirzalıoğlu boşanır? – Cavab gəldi
17 iyun 2025 , 16:22
Castin Biber və arvadı arasında “ATIŞMA”
17 iyun 2025 , 14:30
İbrahim Tatlıses və oğlu Ahmet arasında YENİ QALMAQAL
17 iyun 2025 , 13:33
Sosial media fenomeni Nihal Candan getdikcə arıqlayır – Təhlükə var
17 iyun 2025 , 11:38
Burak Özçivitin 35 milyonluq “oyuncağı” – Porsche GT3
17 iyun 2025 , 10:28
Məşhur müğənninin narkotik qəbul edən oğlu ağır vəziyyətdə xəstəxanaya düşdü
16 iyun 2025 , 19:55
Hollivud ulduzlarını gözlərindən tanıyın - Maraqlı TEST
16 iyun 2025 , 19:10