Elnarədən Röya və Natavan söhbəti -  ONLARA QADAĞA QOYDU
10 noyabr 2021 09:51 (UTC +04:00)

Elnarədən Röya və Natavan söhbəti - ONLARA QADAĞA QOYDU

Müğənni Elnarə Xəlilovanın “W-Trio” qrupundan ayrılması barədə verdiyi açıqlama qalmaqalsız ötüşməyib.

Lent.az-ın məlumatına görə, Elnarə Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi ilə ayrılma səbəblərini açıqlayanda  "Həyat tərzlərimiz fərqlidir. Ona görə də uzaqlaşdım", - sözlərini söyləyib. Onun bu açıqlaması Natavan Həbibinin xoşuna gəlməyib. Natavan Elnarənin həmin açıqlamasına “Yadından da bir çıxsaydıq. Siz bizi necə bezdirmisiz”, - sözlərini yazıb. 

Həmin açıqlamadan sonra Elnarə səhifəsində status yazıb: “Mənim yaradıcılığımdan başqa ağzımdan çıxardığım mətbəx sözlərini çap edən mətbuat orqanları, bundan sonra sizə mənə Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi haqqında sual verməyi qadağan edirəm”. 


 

# 7650
avatar

Yalçın UĞUR

Oxşar yazılar