Elza Seyidcahan, Röya Ayxan, Faiq Ağayev
02 aprel 2021 14:11 (UTC +04:00)

Elza Seyidcahan, Röya Ayxan, Faiq Ağayev

Elza Röya ilə Faiqə SÖZ ATDI: "Konsertdən pul qazana bilmirlər" - QALMAQAL

Əməkdar artist Elza Seyidcahan qalmaqallı açıqlama verib.

Lent.az-a açıqlama verən müğənni bildirib ki, Xalq artisti Alim Qasımovdan başqa heç bir müğənni konsertdən pul qazana bilmir:

“Azərbaycanda konsertdən pulu yalnız Xalq artisti Alim Qasımov qazana bilər və qazanır da. Başqaları konsertdən pul qazana bilməz. Mən də qazana bilərəm. Konsert etmək üçün 6 ay  reklamını etmək lazımdır. Amma mən bir ay qalmış dedim ki, konsert edirəm.

Müğənnilərimizin heç biri sponsor olmadan konsertlərindən pul qazana bilməzlər. Niyə? Çünki konsert üçün dekorasiya, geyimlər, musiqiçilərin pulu və zalın kirayəsinin pulu var.

Ümid edirəm ki, bizim müğənnilər də nə zamansa konsertdən pullar qazanacaq. Məsələn, mənə tələbat artıb. Bir çoxları məndən növbəti konsert gözləyir”.  

Qeyd edək ki, bir neçə il öncə Xalq artisti Faiq Ağayevin Lent.az-a açqlamasında “Konsertdən real gəlir və izləyici toplaya bilən müğənnilərdən birinin mən, digərinin isə Alim Qasımovdur”, - sözləri həmkarı Röya Ayxanı özündən çıxarmışdı. Bu mövzu üstündə müğənnilər qalmaqal yaşamışdı. Röya isə konsertdən pul qazanan müğənni olduğunu demişdi.

# 4326
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

18 may 2024 , 16:58
Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

18 may 2024 , 12:09
Ancelina Coli yeni sevgilisi ilə  GÖRÜNTÜLƏNDİ

Ancelina Coli yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ

18 may 2024 , 10:45
5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

18 may 2024 , 04:21
Beyons elə bir şəkil çəkdir ki...

Beyons elə bir şəkil çəkdir ki...

18 may 2024 , 03:23
Britaniyanın  ilk milyarder musiqiçisi   Pol Makkartni

Britaniyanın ilk milyarder musiqiçisi Pol Makkartni

17 may 2024 , 18:00
Beren Saat müalicəyə başladı

Beren Saat müalicəyə başladı

17 may 2024 , 17:15
Səhnədə gənc müğənninin üst geyimi  açıldı

Səhnədə gənc müğənninin üst geyimi açıldı

16 may 2024 , 20:50