Əmrahın oğlu nişanında "Yaşa, Azərbaycan" mahnısına OYNADI  -VİDEO
30 yanvar 2023 10:33 (UTC +04:00)

Əmrahın oğlu nişanında "Yaşa, Azərbaycan" mahnısına OYNADI -VİDEO

Türkiyənin məşhur müğənnisi Emrahın oğlu Tayfun Erdoğan nişanlanıb.

Lent.az xəbər verir ki, müğənninin illərdir küsülü olduğu oğlu Tayfun nişan mərasimində "ata yoxdur, ata kimi adamlar var burada", - deyə, atası haqqında söyləyib.

Bundan əlavə, Eda adlı xanımla nişanlanan Tayfun xoş günündə "Yaşa, Azərbaycan" mahnısına oynadığı görüntülər sosial mediada yayılıb. 

Xatırladaq ki, 1991-ci ildə doğulan Tayfun Erdoğanın atasının Emrah olduğu DNA testi nəticəsində bəlli olmuşdu. 

Qeyd edək ki, Emrah mirasında oğlu Tayfunun heç bir haqqı olmadığına dair vəsiyyətnaməsinə imza atıb və bu, ata-oğul arasında münaqişəyə səbəb olub. 

Emrahın oğlu Tayfun nişanında "Yaşa, Azərbaycan" mahnısına oynadı

# 4026
avatar

Nigar Namiq

Oxşar yazılar