"Gözümüzə yuxu getmirdi" - Əməkdar artist
20 yanvar 2022 13:18 (UTC +04:00)

"Gözümüzə yuxu getmirdi" - Əməkdar artist

Əməkdar artist Əkbər Əlizadə 20 Yanvar faciəsini xatırlayıb.

Lent.az-ın məlumatına görə, aktyor bununla bağlı sosial şəbəkədəki səhifəsində paylaşım edib:

"1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə. İndiyə kimi yadımdadır: 13 yaşım var idi. Şəhərin küçələrində insanlar yaşanacaq faciəni sanki bəri başdan hiss edib, narahatlıq yaşayırdılar. Atam o insanların arasında olduğundan evdə yox idi. Gözümüzə yuxu getmirdi. Şəhərə daxil olan tankların uğultusunu eşidəndə, dünyamız alt-üst oldu. O gecə şəhidlərimiz öz qanları ilə bizi azadlığa qovuşdurdular. Biz isə sağ ikən mənən ölüb, dirildik! O gün hər birimizin qan yaddaşına yazıldı".

# 2844
avatar

Yalçın UĞUR

Oxşar yazılar