Türkiyəli məşhur aktrisa Alina Boz ilk övladının dünyaya gəlməsinə hazırlaşarkən yeni hamiləlik fotolarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
2023-cü ilin dekabrında rejissor və iş adamı Umut Evirgenlə ailə quran 28 yaşlı aktrisa avqust ayında ana olacağını açıqlayıb. Cütlük həmin vaxt təşkil etdikləri mərasimdə qız övladı gözlədiklərini də ictimaiyyətə bildirib.
Son paylaşımında böyüyən qarnını nümayiş etdirən Alina Boz daha əvvəl hamiləliyin ilk aylarında saç tökülməsi ilə üzləşdiyini də etiraf etmişdi. Aktrisa saçlarının daha az tökülməsi üçün onları qısaltdığını söyləmişdi.