Aparıcı İlkin Həsəni
08 sentyabr 2021 17:54 (UTC +04:00)

Aparıcı İlkin Həsəni

İlkin "ATV"dən çıxdı: "Kanal tulalarına da uğur olsun"

Aparıcı İlkin Həsəni “ATV” telekanalından ayrılıb.

Lent.az-ın məlumatına görə, aparıcı bildirib ki, bu gündən sonra “Space” telekanalında çalışacaq:

“İşlərimdəki dəyişikliklə bölüşmək istədim sizinlə. Bu il televiziya karyeramın 20 ili tamam olur. Bəli, düz 20 il öncə televiziya rejissorluğu fakültəsinin ikinci kurs tələbəsi İlkin Həsəni anasının hazırladığı kotlet-çörəyi də paketin arasına qoyub dərsdən sonra yollandı 106 FM radiosuna. Bir aylıq hazırlıq, məşqlər və budur 2001-in payızında ilk canlı yayım, ilk efir həyəcanı və s.

Daha sonrasını isə tamaşaçılarım bilir, “ATV”də "ATV Maqazin", "Yeni Ulduz", "Bozbash Pictures" və digər layihələr məni mən etdi. “ATV”də 4 rəhbər dəyişimini görən bəlkə də tək-tük əməkdaşlardan oldum. Hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm, hər biriniz mənim üçün çox əziz olmusunuz. İl oldu 2013 və mən mənim üçün çox böyük önəm kəsb edən "İLK Media" haqqında düşündüm, yaratdım. İstehsal etdiyimiz film, serial, reklam, sosial çarxlar haqqında yazıb çox da başınızı ağratmayım.

Hazırda sayı 25-ə yaxın kiçik kollektivimizlə az da olsa nələrsə edirik. Şirkətimiz yarandığı gündən əməkdaşlıq etdiyi bir tv olub, o da mənim doğma “ATV” kanalım. Çox təəssüf ki, bu kanalla yollarımızı ayırmalı olduq, yeni yayım kanalımız bu ilin oktyabrından etibarən “Space” olacaq. Rebrendinq olunmuş, yeni loqolu, yeni heyətli, HD yayımlı, “Amaci”siz, Zita və Gitasız “Space”.

Köhnə dostlarımızla bərabər yeni bir yola çıxırıq, bu yolda hər birimizə uğur olsun.

İşlərimə əngəl yaratmaq istəyən, tv sahəsinə təsadüfən düşmüş media alverçilərinə və onların istedadlı kanal tulalarına da uğur olsun. Rəqabətlə tərbiyəsizliyi qarışdırmayın lütfən”.
 

# 15609
avatar

Yalçın UĞUR

Oxşar yazılar