İlon Maskın transgender qızı  Rihannanın brendinin çəkilişlərində - FOTOLENT
15 yanvar 2026 18:42 (UTC +04:00)

İlon Maskın transgender qızı Rihannanın brendinin çəkilişlərində - FOTOLENT

0

İlon Maskın transgender qızı 21 yaşlı Vivian Uilson müğənni Rihannanın yaratdığı  Savage x Fenty brendinin promokampaniyasında çəkilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni alt paltarı kolleksiyası qarşıdan gələn Sevgililər gününə həsr olunub. Vivian çəhrayı penyuarda, qırmızı güllər naxışlı qara alt paltarı dəstində, həmçinin qırmızı qalın kolqotkalarda poza verib.

Вивиан Уилсон

Qeyd edək ki, o, model karyerasını aktiv şəkildə qurur və 2025-ci ilin payızında Alexis Bittar, Prabal Gurung və Dauphinette brendlərinin nümayişlərində podiumda debüt edib. İlon Mask isə qızından imtina edib.

Qalmaqallı mübahisənin səbəbi 2022-ci ildə Vivianın anasının razılığı ilə transgender keçid etməsi olub, atası isə buna qarşı çıxıb. Vivian oğlan kimi doğulub və əvvəlki adı Ksavyer Aleksandr Mask olub.

Вивиан Уилсон

Вивиан Уилсон

Вивиан Уилсон

Вивиан Уилсон

Вивиан Уилсон

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar