Kim Kardaşyanda  QORXULU XƏSTƏLİK
24 oktyabr 2025 12:30 (UTC +04:00)

Kim Kardaşyanda QORXULU XƏSTƏLİK

0

Kim Kardaşyan realiti-şousunun yeni mövsümündə izləyiciləri narahat edən açıqlama verib. 45 yaşlı ulduz müayinədən sonra beynində kiçik anevrizma aşkarlandığını bildirib. Kardaşyan bu prosesin həkimlər tərəfindən streslə əlaqələndirildiyini deyib və həmin günlərin həyatının ən çətin dövrlərindən biri olduğunu vurğulayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kadrlarda ulduzun beyin müayinəsindən keçdiyi anlar da göstərilib.

Kim Kardaşyan yeni mövsümdə şəxsi həyatı barədə də danışıb. O, keçmiş həyat yoldaşı Kanye Westlə dörd övladı olduğunu xatırladaraq, onun həyatının bir hissəsi olaraq qalacağını bildirib.

Həmçinin o, daha əvvəl bir podcast proqramında ortaq valideynliyin çətin proses olduğunu, uşaqların baxımının əsasən öz üzərində qaldığını və bu vəziyyətin böyük enerji və səbir tələb etdiyini qeyd etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 578

Oxşar yazılar