Türkiyəli məşhur aktyor Ahmet Mümtaz Taylan may ayında pəhrizə başlayıb və 4 ayda ümumilikdə 18 kilo arıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, fit görünüşü ilə seçilən Taylanın formasını qorumaq üçün pəhrizə davam etdiyi bildirilib. Yay tətilini evində keçirən sənətkar belə deyib:
“Həyatımın ən gözəl tətillərindən birini yaşadım, artıq 1 aydır evdəyəm. Möhtəşəm dincəldim. Evdə vaxt keçirə bilim, özümə zaman ayırım, qızıma vaxt ayırım istəyirdim. Hamısı baş tutdu, çox gözəl oldu".