“Kızılcık Şerbeti”nin  ulduzu sevgilisi ilə tətildə - Buz kimi İsveçrəni necə isitdilər?
06 yanvar 2026 12:38 (UTC +04:00)

“Kızılcık Şerbeti”nin ulduzu sevgilisi ilə tətildə - Buz kimi İsveçrəni necə isitdilər?

0

Karyerası və şəxsi həyatı ilə maqazin gündəmindən düşməyən aktrisa Sıla Türkoğlu sevgilisi Ata Ayyıldız ilə birlikdə İsveçrənin Surix şəhərində tətilə yollanıb.

Lent.az xəbər verir ki, məşhur simanın yeni fotolarına sosial şəbəkədə çoxsaylı şərh və bəyənmələr gəlib.

26 yaşlı uğurlu aktrisa Sıla Türkoğlu maqazin gündəmində yer almağa davam edir. “Kızılcık Şerbeti” serialında canlandırdığı Doğa obrazı ilə tanınan Sıla Türkoğlu serialla vidalaşmışdı.

Gözəl aktrisa serialdan ayrılmamışdan əvvəl uzun müddətdir birlikdə olduğu sevgilisi Ata Ayyıldızdan İtaliyada evlilik təklifi almışdı.

Sıla Türkoğlu toy tarixinin nə vaxt olacağı ilə bağlı suallara belə cavab vermişdi: “Mənə çox şirin və çox gözəl bir sürpriz etdi. Çox bəyəndiyim və maraqlandığım bir yer idi. Həyat bizi belə bir yerə gətirdi. Heç nə planlaşdırmırıq. Hər şeyin xeyirlisi olsun.”

Sevgilisi ilə tez-tez səyahət edən Türkoğlunun son marşrutu İsveçrənin Surix şəhəri olub. Sıla Türkoğlu tətilindən yeni fotolarını Instagram hesabında ard-arda paylaşıb.

Türkoğlunun Ata Ayyıldızla birlikdə olan fotosu qısa müddətdə böyük maraq görüb və bəyənmə yağışına tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 650

Oxşar yazılar