Xalq artisti Mənsum İbrahimov, Gülü
07 aprel 2021 10:31 (UTC +04:00)

Xalq artisti Mənsum İbrahimov, Gülü

Koronavirus olan Gülü Xalq artistini qucaqladı - MASKA TAXMADI ... - VİDEO

Aprelin 6-da Xalq artisti Rəmişin (Rafiq Hüseynov) vida mərasiminə bir çox tanınmış sənət adamı qatılıb.

Lent.az xəbər verir ki, mərasimə gələn Xalq artisti Mənsum İbrahimovu Rəmişin koronavirusa yoluxan xanımı Gülü (Gülşən Hüseynova) qucaqlayaraq ağlayıb. Gülünün maskadan istifadə etməməsi və xanəndə ilə sosial məsafəni qorumaması sosial şəbəkədə müzakirə edilib.

Onu da əlavə edək ki, M.İbrahimov Rəmiş xəstəxanada müalicə olunan zaman onu ziyarət edib. Ziyarətdən şəkillərini sosial şəbəkədə paylaşan xanəndə bununla bağlı vida mərasimində Lent.az-a açıqlama verib:

“Rəmişi xəstəxanada 20 gün əvvəl ziyarət etdim. Onda xroniki ağciyər iltihabı var idi, halı olmurdu. Son günlər isə koronavirusa yoluxub. Virus xəstəliyini şiddətləndirib".

Qeyd edək ki, Gülü (Gülşən Hüseynova) ötən gün açıqlamasında koronovirusa yoluxmadığını deyib. Onun açıqlamasına cavabı Bakı Sağlamlıq Mərkəzi Lent.az vasitsəi ilə verib: 

“Gülü Hüseynova koronavirus xəstəsidir və onun insanlar üçün təhlükəli olması barədə TƏBİB-ə məlumat verilib. Məlumatda COVID -19 xəstəsinin xəstəxananı tərk etdiyi bildirilib. Həm bizim xəstəxanada, həm də TƏBİB-in klinikalarında Xalq artisitinin və həyat yoldaşının koronavirus testi  müsbət çıxıb. Hər ikisi COVID xəstəsi olub və xəstəxananın COVID bölməsinə yerləşdiriliblər.

Biz daha dəqiq nəticə əldə etmək üçün martın 29 və aprelin 3-də götürülən yaxma və analizi TƏBİB-in “Yeni klinika”sına göndərdik. Cavab yenidən müsbət çıxdı”.

Xalq artisti Mənsum İbrahimov, Gülü

# 9804
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

Dünyanın ən seksual idmançısı geyimi ilə heyran etdi

18 may 2024 , 16:58
Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

Rəşad Dağlının qızı əməliyyat olundu - VİDEO

18 may 2024 , 12:09
Ancelina Coli yeni sevgilisi ilə  GÖRÜNTÜLƏNDİ

Ancelina Coli yeni sevgilisi ilə GÖRÜNTÜLƏNDİ

18 may 2024 , 10:45
5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

5 güləşçimiz qitə çempionatının final mərhələsinə yüksəldi

18 may 2024 , 04:21
Beyons elə bir şəkil çəkdir ki...

Beyons elə bir şəkil çəkdir ki...

18 may 2024 , 03:23
Britaniyanın  ilk milyarder musiqiçisi   Pol Makkartni

Britaniyanın ilk milyarder musiqiçisi Pol Makkartni

17 may 2024 , 18:00
Beren Saat müalicəyə başladı

Beren Saat müalicəyə başladı

17 may 2024 , 17:15
Səhnədə gənc müğənninin üst geyimi  açıldı

Səhnədə gənc müğənninin üst geyimi açıldı

16 may 2024 , 20:50