Maykl Ceksonun qızı atasının mirasına  görə  məhkəməyə   müraciət etdi
19 noyabr 2025 15:59 (UTC +04:00)

Maykl Ceksonun qızı atasının mirasına görə məhkəməyə müraciət etdi

0

Paris Cekson, atası Maykl Ceksonun mirasını idarə edən vəkillər Con Branka və Con Makkleyni vəzifələrini sui-istifadə edərək öz maraqlarına xidmətdə ittiham edərək Los-Anceles məhkəməsinə müraciət edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Paris iddia edir ki, mirasın 2021-ci il maliyyə hesabatı ailəyə dörd il gecikmə ilə təqdim edilib və bu hesab “gerçəyi əks etdirmir”. O, miras hesabında 464 milyon dollardan çox vəsaitin illərlə yatırımsız saxlanıldığını və vəkillərin təkcə 2021-ci ildə 10 milyon dollardan artıq ödəniş aldığını bildirib.

O həmçinin 2022–2025-ci illərə aid hesabatların hələ də təqdim olunmadığını vurğulayır və prosesin bilərəkdən ləngidildiyini iddia edir.

Miras idarəçilərinə yaxın mənbə ittihamları rədd edərək bütün yararlanıcıların mirasdan lazımi şəkildə faydalandığını deyib.

Paris Cekson məhkəmədən 2021-ci il hesabının etibarsız sayılmasını və yeni, tam şəffaf maliyyə hesabatı tələb edir. Proses 2026-cı il yanvarın 13-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar