Mehmet Ali Erbil şantaj edilir:  “Süni intellektlə video hazırlanıb”
14 may 2026 14:32 (UTC +04:00)

Mehmet Ali Erbil şantaj edilir: “Süni intellektlə video hazırlanıb”

0

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil sosial media hesabında etdiyi paylaşımda son günlər şantaj edildiyini açıqlayıb.

Lent.az xəbər verir ki, Erbilin bildirdiyinə görə, naməlum şəxslər süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülərdən istifadə edərək ondan pul tələb ediblər.

Mehmet Ali Erbil qeyd edib ki, yayılan görüntülərin onunla heç bir əlaqəsi yoxdur və həmin materialların süni intellekt və rəqəmsal manipulyasiya üsulları ilə hazırlandığı ehtimal edilir. O, pul tələbini qəbul etmədiyi üçün həmin şəxslərin onu nüfuzdan salmağa çalışdıqlarını deyib.

Şoumen açıqlamasında bunları bildirib:

“Son günlər kimliyi naməlum bəzi şəxslər tərəfindən mənə qarşı çirkin bir şantaj cəhdi ilə qarşılaşdım. Mənimlə heç bir əlaqəsi olmayan, süni intellekt və rəqəmsal manipulyasiya üsulları ilə hazırlanana görüntülər vasitəsilə məndən pul tələb edildi. Bu tələblərə məhəl qoymadığım üçün həmin şəxslər ətrafıma və ictimaiyyətə qarşı nüfuzdan salma cəhdlərinə başlayıblar. Texnologiyanın gəldiyi nöqtədə bu cür saxta məzmunların hazırlanmasının mümkün olduğu artıq hər kəsə məlumdur. Buna görə ictimaiyyətdən xahiş edirəm ki, doğruluğu təsdiqlənməmiş və pis niyyətlə yayılan görüntülərə qarşı diqqətli olsunlar. Məsələ bütün sübutlarla birlikdə məhkəmə orqanlarına təqdim edilib və lazımi hüquqi proses başladılıb. Bu videoları yayan, paylaşan və çoxaldan şəxslərlə bağlı da hüquqi addımlar atılacaq.”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar