"Məni öldürməyə gücünüz çatmaz" - Röya özündən çıxdı
05 yanvar 2021 11:03 (UTC +04:00)

"Məni öldürməyə gücünüz çatmaz" - Röya özündən çıxdı

Xalq artisti Röya Ayxan Yeni il gecəsi əyləncəli videosuna görə sosial şəbəkələrdə onun ünvanına yazılan tənqidlərə cavab verib.

Lent.az xəbər verir ki, ifaçı İnstaqram səhifəsində açıqlama yayaraq qınanılası hərəkət etmədiyini bildirib:

“Məni hər kəsə bayram keçirən, ölüsünə hörmətsizlik edən insan kimi təqdim etdiniz. Amma mən daxilimdə bilirəm ki, nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqir dolu sözlər demişəm. Əgər evimdə rəqsim sizi narahat etdisə... O zaman 31 dekabr gecəsi kanallarda mən daxil rəqs edən, qələbəni keçirən bütün ulduzlara, televiziyalara söz deyərdiz. Yox, əgər məndə səhv axtarırsızsa, əvvəlcə özünüzə baxın. İnsanı özündən çıxarmayın! Nailə Mirməmmədli sizin əsəbinizdən getdi, amma məni öldürməyə gücünüz çatmaz”.

# 19734
avatar

Yalçın UĞUR

Oxşar yazılar