"Mənimlə haqq dünyama gedəcək" - Aybəniz Haşımova
20 yanvar 2022 16:15 (UTC +04:00)

"Mənimlə haqq dünyama gedəcək" - Aybəniz Haşımova


Əməkdar artist Aybəniz Haşımova 20 Yanvar faciəsindən yazıb.

Lent.az-ın məlumatına görə, müğənni sosial şəbəkədəki səhifəsində bu sözləri qeyd edib:

"O, gecə getsin, bir də gəlməsin... İndiyə kimi o səslər nə gözlərimin önündən, nə də qulaqlarımdan gedir. İlahi, necə çığırırdı insanlar. Onlar isə qarşısına keçəni biçirdilər.

Eyvanda anamı tək qoymamaq üçün yanında dayanmışdım. O isə Rauf Səlimbəyli oğlunu haray çəkib çığırıb, ağlayırdı, elə bilirdi ki, oğlu da tankın üstündəki cəlladların gülləsinə tuş gəlib. Birdən gördülər ki, eyvanda insanlar onları kameraya çəkir və elə o zaman eyvanlara da atmağa başladılar, vəhşilər. Nə qədər eyvanlarda dayanan insanlarda onların əzrayıl güllələrinə qurban getdilər. Səhəri anamla düşdük küçəyə və Şamaxinkadan üzü aşağı bütün yol qana bürünmüşdü... Şəhər sanki ölmüşdü... Hər 20 Yanvar tarixini xatırlayanda o, günün acısı bütün ürəyimi didir, yandırır... O, yanğı hələdə qəlbimdə Şəhidlər xiyabanında yanan məşəl kimi ürəyimdə yanır... Mənimlə haqq dünyama gedəcək. Millətimə əl qaldıran, o əmri verən, əmrə dəstək olan canilərin əlləri, beyinləri qurusun".

# 5388
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Hollivud filmləri  tamaşaçıları aldatdığına görə tənqid edildi

Hollivud filmləri tamaşaçıları aldatdığına görə tənqid edildi

25 aprel 2024 , 13:48
“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

“Dünyanı pulsuz gəzirik” - Sevda Yahyayeva

25 aprel 2024 , 12:31
Şəbnəm Tapdıq alman sevgilisindən  danışdı

Şəbnəm Tapdıq alman sevgilisindən danışdı

25 aprel 2024 , 10:52
Məşhur aktyor Hollivuda  qayıtmayacağını   bildirdi

Məşhur aktyor Hollivuda qayıtmayacağını bildirdi

24 aprel 2024 , 20:49
Gənc reperə ölüm hökmü  verildi

Gənc reperə ölüm hökmü verildi

24 aprel 2024 , 18:01
Qocalar evində qalan Alen Delonun son fotosu

Qocalar evində qalan Alen Delonun son fotosu

24 aprel 2024 , 16:33
Bahar həmkarına QARĞIŞ ETDİ

Bahar həmkarına QARĞIŞ ETDİ

24 aprel 2024 , 15:49
Elza Seyidcahan nəvəsinin ad günündə fata taxdı - FOTO

Elza Seyidcahan nəvəsinin ad günündə fata taxdı - FOTO

24 aprel 2024 , 13:37